Britaniyada iş adamından 16,1 milyon dollar dəyərində dinozavr skeleti MÜSADİRƏ EDİLİB
İngiltərə və Uelsin Ali Məhkəməsi 2,5 trilyon funt-sterlinq (3,2 trilyon dollar) çirkli pulun yuyulması işində əli olduğu güman edilən sinqapurlu iş adamı Su Binghai-nin ümumi dəyəri 12,4 milyon funt-sterlinq (16,1 milyon dollar) olan üç dinozavr skeletinin müsadirə edilməsinə qərar verib.
“Xəbərsiz” bildirir ki, bu barədə “The Times” qəzeti məlumat yayıb.
Qeyd olunur ki, “Cinayətdən əldə edilən gəlirlər haqqında” qanun əmlakın sahibinə qarşı məhkəmə hökmü çıxarılmasa belə, onların üzərinə həbs qoyulmasına icazə verir.
Əli Hacı





