Məzmuna keç

“Fərqli Dünya, Bərabər Gələcək” layihəsi yekunlaşıb

 

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və SDG Youth Community təşəbbüs qrupunun təşkilatçılığı ilə həyata keçirilən “Fərqli Dünya, Bərabər Gələcək” layihəsi başa çatıb.

Layihə çərçivəsində 30 gənc beş gün davam edən intensiv təlim proqramına qoşulub. Proqram zamanı iştirakçılar inklüzivlik, əlçatanlıq və bərabər imkanlar mövzularında biliklərini genişləndirib, əlilliyi olan şəxslərin gündəlik həyatda üzləşdikləri çətinlikləri müzakirə ediblər.

Təlimlərlə yanaşı, təşkil olunan qrup işlərində gənclər inklüzivliklə bağlı müasi3 yanaşmalarını və həll təkliflərini təqdim ediblər.

Beşgünlük proqramın sonunda iştirakçılara sertifikatlar və xatirə hədiyyələri təqdim olunub.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondunun “Gənclər təşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər üzrə qrant müsabiqəsi” çərçivəsində həyata keçirilib. Layihə rəhbəri Fatimə Mikayıllıdır.