Rusiya nüvə sınaqlarına hazırlaşmağın praktikliyini qiymətləndirməyə davam edir - Kreml
Moskva hələ də vəziyyəti araşdırır, nüvə sınaqlarına hazırlaşmağın praktiki olub-olmadığını təhlil edir.
“Xəbərsiz” xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
Rusiya prezidenti Vladimir Putinin ötən həftə tapşırıq verdikdən sonra bu mövzuda hər hansı təklif alıb-almaması ilə bağlı sualı cavablandıran Peskov, “Hələlik Rusiya prezidentinin göstərişlərinə uyğun olaraq bu sahədə iş gedir. Hələlik buradan xəbər yoxdur. Bu işin müəyyən vaxt aparacağı aydındır” deyib.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp bildirib ki, o, Pentaqona nüvə silahı sınaqlarını dərhal bərpa etməyi tapşırıb, çünki bəzi digər ölkələr artıq bununla məşğuldur.
O, dəqiq olaraq hansı sınaqları nəzərdə tutduğunu və onların partlayan nüvə yüklərinin daxil olub-olmadığını dəqiqləşdirməyib.
Əli Hacı





