Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

ABŞ “Lukoyl”un xarici aktivlərinin satışı üçün son müddəti uzadıb

Reklam728 × 90

ABŞ Ticarət Departamentinin Xarici Aktivlərə Nəzarət İdarəsi danışıqların yekunlaşdırılması və Rusiyanın neft şirkəti “Lukoil”in beynəlxalq aktivlərinin satışına dair sazişin bağlanması ilə bağlı son müddəti dekabrın 13-dək uzadıb.

“Xəbərsiz” bildirir ki, uzatma icrası birbaşa həmin idarənin razılığı ilə şərtlənən əməliyyatlara şamil edilir.

Amerika tərəfi həmçinin “Lukoyl”in Bolqarıstandakı törəmə şirkətləri ilə əməliyyatların aparılması müddətini 29 aprel 2026-cı ilə qədər uzadıb.

Böyük Britaniya oktyabrın ortalarında “Lukoyl”a qarşı sanksiyalar tətbiq edərək, əməliyyatları başa çatdırmaq üçün noyabrın 29-na qədər vaxt verib.

Hər iki ölkə müəyyən beynəlxalq layihələr üçün istisnaları təsdiqləyib:

  • Xəzər Neft Boru Kəməri Konsorsiumu ABŞ sanksiyalarından azad edilib
  • Britaniya sanksiyaları Qaraçaqanak (Qazaxıstan) və Şahdəniz (Xəzər) yataqlarını əhatə etmir

İslam İman

Reklam728 × 90