ABŞ dəniz səviyyəsini izləmək üçün orbitə peyk çıxarıb
Amerikanın “SpaceX” korporasiyası dəniz səviyyəsinin dəyişməsini izləmək üçün nəzərdə tutulmuş Sentinel-6B peykini Yer orbitinə çıxarıb.
“Xəbərsiz” bildirir ki, buraxılış ABŞ-nin Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) saytında canlı yayımlanıb.
Falcon 9 raketi səhər saat 12:21-də Kaliforniyadakı Vandenberq Hərbi Hava Qüvvələri bazasından buraxılıb.
“Peyk hava proqnozlarını yaxşılaşdırmaq, naviqasiya təhlükəsizliyini təmin etmək və sahilyanı əraziləri qorumaq üçün dəniz səviyyəsindən 30 illik məlumatlardan istifadə edəcək”, – NASA bildirib.
Sentinel-6B NASA və Avropa Kosmik Agentliyi tərəfindən birgə layihələndirilib və Almaniyada Airbus Defence and Space tərəfindən yığılıb.
Xəbərsiz





