İran Rusiyanı təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirməyə çağırıb
İran və Rusiya təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirməlidirlər.
“Xəbərsiz” xəbər verir ki, bu barədə Rusiyanın baş naziri Mixail Mişustinlə görüşündə İranın birinci vitse-prezident Məhəmməd Rza Aref bildirib.
“Biz kritik infrastrukturumuzu qorumaq üçün təhlükəsizlik sahəsində əməkdaşlığımızı gücləndirməliyik. Ümid edirik ki, Rusiya tərəfi də buna diqqət yetirəcək. Hazırda İran agentlikləri bütün razılaşmalarımızın icrasını sürətləndirmək üçün çalışırlar”, – o deyib.
Mohammad Reza Aref beynəlxalq informasiya təhlükəsizliyi ilə bağlı Rusiya ilə əməkdaşlıq sazişlərinin həyata keçirilməsini sürətləndirməyə hazır olduğunu bildirib:
“Beynəlxalq informasiya təhlükəsizliyi üzrə ikitərəfli saziş hazırda daxili prosedurlardan keçir”.
Qeyd edək ki, iki ölkə arasında informasiya təhlükəsizliyi sahəsində 2021-ci ildə imzalanmış və 2024-cü ildə qüvvəyə minən əməkdaşlıq sazişi var. Onlar həmçinin bu sahədə öz siyasətlərini BMT, BRİKS və ŞƏT-də əlaqələndirirlər.
Xəbərsiz





