İtaliyada kəskin hava şəraitində iki nəfər ölüb
Almaniyadan olan 32 yaşlı kişi və 83 yaşlı qonşusu İtaliyanın şimalında şiddətli fırtınada həlak olublar.
“Xəbərsiz” bildirir ki, xilasedicilər onların cəsədlərini Brazzano di Kormons bələdiyyəsində aşkar ediblər.
Qadının evi sel altında qalıb. İlkin araşdırmalara görə, alman qonşusuna xəbərdarlıq etmək istəyərkən ölüb.
İtaliya mətbuatının yazdığına görə, həmin şəxs Bavariyadan gəlib. Onun Brazzanoda bir neçə ay əvvəl restoran açdığı, əvvəllər tez-tez ziyarət etdiyi bildirilir.
Xəbərsiz





