İsrail F-35-ləri Ər-Riyada satarsa, ABŞ-dan zəmanət tələb edə bilər - Axios
Vaşinqton Səudiyyə Ərəbistanı ilə krallığa beşinci nəsil F-35 qırıcıları tədarük etmək üçün müqavilə imzalayacağı təqdirdə, İsrail ABŞ-dan əlavə təhlükəsizlik zəmanəti tələb edəcək.
“Xəbərsiz” bildirir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.
F-35 qırıcısının Səudiyyə Ərəbistanından İsrailə çatması bir neçə dəqiqə çəkir. Yəhudi dövləti krallığa tədarük edilən beşinci nəsil qırıcıların ölkənin qərb bölgələrində, İsrail ərazisinə daha yaxın olan Səudiyyə hava bazalarında yerləşdirilməməsini tələb edəcək. İsrail Yaxın Şərqdə öz F-35 qırıcılarına sahib olan yeganə ölkədir”. – deyə bildirilib.
Xəbərsiz





