Rusiya Pakistanın Hindistan və Əfqanıstanla münaqişələrində vasitəçilik etməyə hazırdır - səfir
Rusiya Pakistanın Hindistan və Əfqanıstanla münaqişələrinin həllində vasitəçilik etməyə hazırdır.
“Xəbərsiz” xəbər verir ki, bunu İslamabaddakı səfir Albert Xorev bildirib.
İslamabad Strateji Araşdırmalar İnstitutunun təşkil etdiyi dəyirmi masada “Biz Pakistan və Hindistan, eləcə də Pakistan və Əfqanıstan arasındakı münaqişələrdə vasitəçilik etməyə hazırıq” deyə o qeyd edib.
“Biz həmçinin regional təhlükəsizlik, xüsusilə Əfqanıstandakı vəziyyətlə bağlı qarşılıqlı narahatlığı bölüşürük və sülhün təmin edilməsi, terrorizmlə mübarizə və sosial və iqtisadi inkişafa töhfə vermək üçün davamlı əməkdaşlığı dəstəkləyirik”, – diplomat əlavə edib.
Səfir həmçinin qeyd edib ki, Cənubi Asiya ölkələri arasında münasibətlərdə gərginlik çox vaxt xarici dövlətlər tərəfindən təhrik edilir. Bu kontekstdə o, Rusiya Prezidenti Vladimir Putinin Böyük Avrasiya Tərəfdaşlığının yaradılması və Avrasiyanın bərabər və bölünməz təhlükəsizliyi üçün yeni çərçivənin hazırlanması təşəbbüslərini xatırladıb. Bu konsepsiyalar bir-birini tamamlayır və regional problemlərin regional aktorlar tərəfindən həll edilməli olduğu prinsipinə əsaslanır, Xorev qeyd edib.
Xəbərsiz





