Rusiyadan Moldova XİN-ə cavab
Rusiyanın Moldovadakı səfiri Oleq Ozerov Moldova Xarici İşlər Nazirliyinə səfərindən sonra Kişinyovun Moldova hava məkanını keçən pilotsuz təyyarənin Rusiyaya məxsus olması ilə bağlı iddialarının əsassız olduğunu bildirib.
“Xəbərsiz” xəbər verir ki, o, bu barədə yerli mediaya açıqlamasında danışıb.
“Moldova ərazisi üzərində uçan pilotsuz təyyarənin Rusiya mənşəli olmasına dair heç bir sübut yoxdur. Üstəlik, bu hadisənin qəsdən törədilməsinə heç bir işarə yoxdur. Açığı, bu cür ittihamlar bizi çaşdırır”, – Ozerov vurğulayıb.
Moldova Xarici İşlər Nazirliyi naməlum təyyarənin Moldovanın hava məkanını keçməsi ilə bağlı xəbərlərə görə Rusiya səfirinə rəsmən etiraz edib.
“Onlar etiraz etdilər, lakin biz açıqladıq ki, Rusiyaya qarşı ittihamları təsdiq edən konkret faktlar görmürük”, – Ozerov qeyd edib.





