Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Çin və Rusiyanın nümunəvi əlaqələri var – Çin Mərkəzi Hərbi Şurasının sədr müavini

Reklam728 × 90

Çinin Mərkəzi Hərbi Şurasının sədr müavini, general-polkovnik Zhang Youxia Çin-Rusiya münasibətləri böyük qonşu dövlətlər arasında əməkdaşlıq nümunəsinə çevrildiyini bildirib.

“Xəbərsiz” xəbər verir ki, o bu barədə Rusiyanın müdafiə naziri Andrey Belousovla gprüşündən sonra danışıb.

 Onun sözlərinə görə, dövlət başçılarının strateji rəhbərliyi altında Çin-Rusiya münasibətləri yüksək səviyyədə sağlam və sabit inkişaf dinamikasını qoruyub saxlayır. Qarşılıqlı faydalı əməkdaşlıq daim dərinləşir və möhkəmlənir.

“Çin və Rusiya arasındakı münasibətlər yeni tipli beynəlxalq münasibətlər modelinə, eləcə də qonşu böyük dövlətlər arasında münasibətlər modelinə çevrilib. Əbədi mehriban qonşuluq, hərtərəfli strateji əməkdaşlıq və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan ikitərəfli münasibətlər daim yeni canlılıq qazanır”, – deyə Zhang əlavə edib. 

“Rusiyaya səfərim zamanı Çin nümayəndə heyətinin başında dövlətlərimizin rəhbərləri tərəfindən əldə edilmiş mühüm razılaşmaların həyata keçirilməsi üçün Rusiya tərəfi ilə işləməyə hazıram. Çin-Rusiya münasibətlərinin səviyyəsini hərtərəfli yüksəltmək, onların üfüqlərini genişləndirmək və sabitliyini gücləndirmək üçün”, – deyə Zhang bildirib.
Xəbərsiz
Reklam728 × 90