Hesablama Palatasının xərclər smetası sabit saxlanılıb
Hesablama Palatasının 2026-cı il üçün xərclər smetası 11 milyon 455 min 897 manat təşkil edəcək.
“Xəbərsiz”in məlumatına görə, 2025-ci ildə xərclər smetası eyni həcmdə olub.
Gələn il əməyin ödənişinə 9 milyon 915 min 236 manat nəzərdə tutulub.
Hesablama Palatasının əməkdaşlarının ölkədaxili ezamiyyətləri üçün 60 min manat, xarici ölkələrə ezamiyyətləri üçün isə 150 min manat proqnozlaşdırılıb.
Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin





