Belçikada xaotik durum: məktəblər bağlanır, uçuşlar ləğv edilir...
Belçikada məktəblər bağlanır, dəmir yolu və hava xidmətləri dayandırılır.
“Xəbərsiz” bildirir ki, bu barədə yerli KİV məlumat yayıb.
Məlumata görə, həmkarlar ittifaqları hökumətin təklif etdiyi xərclərin azaldılmasına və əmək qanunlarına edilən dəyişikliklərə etiraz etmək üçün bazar ertəsindən başlayaraq üç günlük tətilə çağırıç ediblər.
Tətillər üç dalğada keçirilir: Bazar ertəsindən qatarların və ictimai nəqliyyatın hərəkəti dayandırılır. Milli dəmir yolu şirkəti SNCB bəzi xətlərdə üç qatardan yalnız iki və ya bir qatarı idarə etməyi planlaşdırır.
Brüsseli Parislə birləşdirən bir neçə Eurostar reysi artıq ləğv edilib.
Məktəblər, uşaq bağçaları və xəstəxanalar da daxil olmaqla ictimai xidmətlər çərşənbə axşamı tətilə qoşulacaq. Həmkarlar ittifaqları çərşənbə günü bütün sektorları ümumi tətilə çağırıb. Həmin gün ölkənin iki böyük hava limanında – Brüssel-Zaventem və Şarleruada uçuşlar gözlənilmir.
Xəbərsiz





