Kreml Cenevrədə Ukrayna-ABŞ məsləhətləşmələrinin nəticəsini gözləyəcək
Rusiya ABŞ-nin münaqişəyə son qoymaq planına mümkün dəyişiklikləri qiymətləndirməzdən əvvəl Vaşinqton və Kiyev arasında Cenevrə məsləhətləşmələrinin nəticəsini gözləyəcək.
“Xəbərsiz” bildirir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
“Biz Cenevrə müzakirələrindən sonra verilən bəyanatlarla tanış olduq. Gözləyəcəyik, çünki dialoq hələ də davam edir və müəyyən ünsiyyət davam edəcək”, – Peskov əlavə edib.
Qeyd edək ki, ABŞ və Ukrayna Vaşinqtonun 28 bəndlik sülh planı üzrə məsləhətləşmələr aparıb.
ABŞ dövlət katibi Marko Rubio görüşü münaqişənin başlanğıcından indiyədək ən məhsuldar görüş kimi qiymətləndirib. Ukrayna mediası Vaşinqton və Kiyevin planın əksər müddəaları üzrə konsensusa nail olduğunu yazıb.
Rubio qeyd edib ki, ABŞ Ukraynanın Avrointeqrasiya və NATO-ya daxil olması ilə bağlı məsələləri ayrıca yola salmağa razılaşıb.
Xəbərsiz





