Ağ Ev tənqidlərə cavab verdi: Ukrayna müharibəsi...
Ağ Ev ABŞ prezidenti Donald Trampın Ukraynada müharibəyə son qoymaq səylərində Rusiyaya dəstək verməsi ilə bağlı tənqidlərə cavab verib.
“Xəbərsiz” bildirir ki, bu barədə Ağ Evin mətbuat katibi Caroline Leavitt danışıb.
O, jurnalistlərə açıqlamasında bildirib ki, “Birləşmiş Ştatların bu müharibədə hər iki tərəflə bərabər şəkildə onu bitirmək üçün işləməməsi fikri tamamilə aldanmadır”.
Leavitt həmçinin qeyd edib ki, Tramp Ukraynada müharibəyə son qoymaq planının hazırlana biləcəyinə dair ümid və nikbinliklə doludur”.
Xəbərsiz





