ABŞ Rusiya sanksiyalarını pozan şəxsi 4,7 milyon dollar cərimələyib
ABŞ Maliyyə Nazirliyi Xarici Aktivlərə Nəzarət Ofisinin (OFAC) Rusiyaya qarşı sanksiyaları pozduğuna və OFAC-ın çağırış vərəqəsinə əməl etmədiyinə görə fiziki şəxsə maksimum cəza tətbiq etdiyini açıqlayıb.
“Xəbərsiz” bildirir ki, sözügedən şəxsin 2023-2024-cü illərdə Atlantada yerləşən King Holdings şirkəti vasitəsilə OFAC-ın sanksiya siyahısında olan rus oliqarx ailəsinin üzvünə məxsus daşınmaz əmlakı vəziyyətdən xəbərsiz olaraq üçüncü şəxsə girov qoyduğu, yenilədiyi və satdığı ifadə edilərək, bu sanksiyaları pozduğu vurğulanıb.
Açıqlamada xatırladılıb ki, OFAC-ın 2022-ci il sanksiyalarına uyğun olaraq, sözügedən əmlakla bağlı bütün əməliyyatlar, o cümlədən təhvil, satış və ya icra yolu ilə həbs qoyulması qadağandır.
Açıqlamada bildirilib ki, OFAC 2023-cü ilin aprel ayında vəziyyəti görüb, aidiyyəti şəxsə xəbərdarlıq edib və lisenziya üçün müraciət edə biləcəyi barədə məlumat verib, lakin bu şəxs lisenziya almaq əvəzinə öz yeniləmə və satış planına davam edib.
Xəbərsiz





