Ağ Ev: Cenevrə danışıqlarında Ukrayna sülh planının əksəriyyəti üzrə razılıq əldə olunub
Ağ Ev sözçüsü Karoline Leavitt, Ukraynada İsveçrənin Cenevrə şəhərində keçirilən sülh planı danışıqlarının çox müsbət keçdiyini və maddələrin əksəriyyətində razılığa gəlindiyini bildirib.
“Xəbərsiz” xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlaması zamanı danışıb.
Leavitt ABŞ prezidenti Donald Trampın təqdim etdiyi 28 bəndlik sülh planının ətraflı müzakirə olunduğu noyabrın 23-də Cenevrədə keçirilən danışıqların çox yaxşı və məhsuldar keçdiyini bildirib.
“Hər kəs Cenevrədə ortaya çıxan nəticələrlə bağlı nikbindir. Katib (Marko) Rubio, xüsusi nümayəndə (Stiv) Witkoff və bütün komanda ABŞ-nin həm rusların, həm də ukraynalıların töhfələri ilə hazırladığı 28 bəndlik sülh planının müddəalarını hərtərəfli müzakirə etdilər”, – deyə sözçüsü əlavə edib.
Xəbərsiz





