BMT İsrailin Livanda mülki şəxslərə hücumlarını pisləyir
Birləşmiş Millətlər Təşkilatı İsrailin Livandakı hədəflərə hücumlarını artırmasından narahatdır.
“Xəbərsiz” xəbər verir ki, bunu BMT-nin Cenevrədəki İnsan Haqları Bürosu bildirib.
Bu hücumlar daha geniş hücumun “narahatedici təhdidləri” ilə müşayiət olunub.
Məlumata görə, bir il əvvəl atəşkəs razılaşmasının qüvvəyə minməsindən bəri İsrailin hücumları nəticəsində 127 mülki şəxs həlak olub .
BMT-nin İnsan Haqları İdarəsi beynəlxalq araşdırmaya çağırıb.
Ötən həftə Livanın cənubundakı Ayn əl-Hilve qaçqın düşərgəsinin bombalanması nəticəsində 11-i uşaq olmaqla ən azı 13 nəfər həlak olub.
BMT-nin məlumatına görə, məlum qurbanların hamısı mülki şəxslərdir. İnsan Haqları İdarəsi İsrailin hərbi hücumunun beynəlxalq humanitar hüququn prinsiplərini poza biləcəyi ilə bağlı “ciddi narahatlığını” ifadə edib.
Xəbərsiz





