Rusiyanın ən yaşlı qadın sakini 114 yaşında vəfat edib
Rusiyanın ən yaşlı qadın sakini, Rusiya tarixində mühüm hadisələri yaşamış və şahidi olmuş Klavdiya Qadyuçkina Rusiyanın mərkəzində yerləşən Yaroslavl vilayətində 114 yaşında vəfat edib.
“Xəbərsiz” xəbər verir ki. bu barədə Qubernator Mixail Yevrayev bildirib.
“Bölgəmizin ən yaşlı sakini və Rusiyanın ən uzunömürlü vətəndaşı olan Klavdiya Mixaylovna Qadyuçkina dünyasını dəyişdi. Onun 114 yaşı var idi”, – deyə vilayət rəhbəri Telegram kanalında yazıb.
Qeyd edək ki, Qadyuçkina 1910-cu il dekabrın 5-də Çar Rusiyası dövründə anadan olub. O, 20-ci və 21-ci əsrlər boyu ölkə tarixinin əsas hadisələrinin şahidi və iştirak edib, inqilabı, dünya müharibələrini, dövlətin yüksəlişini və çevrilməsini öz gözləri ilə yaşayıb. “Az adama belə bir yol verilir və yalnız seçilmiş bir neçə nəfər bu yolu ləyaqətlə yaşaya bilir” dedi qubernator.
Xəbərsiz





