İranda ŞƏT-in antiterror təlimləri başlayıb
İranın şimal-qərbində Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin iştirakı ilə “Səhənd-2025” antiterror təlimləri başlayıb.
“Xəbərsiz” bildirir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) quru qoşunlarının sözçüsü müavini polkovnik Şəhram Əskəryan məlumat verib.
Sözçü müavini qeyd edib ki, beş günlük təlimlər bazar ertəsi İranın Şərqi Azərbaycan vilayətində başlayıb.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi bildirib ki, təlimlərdə 5 ölkə iştirak edəcək, digər 13 və ya 14 ölkə isə onları müşahidə edəcək. “Belə əməkdaşlıq beynəlxalq təhlükəsizliklə bağlı müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi üçün imkanlar yarada bilər. Ümid edirik ki, bu əməkdaşlıq terrorizmlə mübarizədən kənara çıxacaq və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizəni də əhatə edəcək”, – o əlavə edib.
Xəbərsiz





