Rusiya İqtisadi İnkişaf Nazirliyi vizaların ləğvini nəzərə alaraq gələn il iki milyondan çox çinli turistin Rusiyaya səfər edəcəyini gözləyir.
“Xəbərsiz” bildirir ki, bunu nazirliyin departament direktoru Nikita Kondratyev TASS-a bildirib.
“Biz gözləyirik ki, iki milyondan çox çinli turist vizaların ləğvini nəzərə alaraq gələn il kimi Rusiyaya səfər edəcək”, – deyə rəsmi bildirib.
Kondratyev əlavə edib ki, Çin Rusiyaya turist səfərlərinin sayına görə qeyri-MDB ölkələri arasında liderdir. 2024-cü ildə Çindən Rusiyaya 1,3 milyon turist, o cümlədən 300 mini elektron viza ilə, bir milyonu isə vizasız qrup turları mexanizmi çərçivəsində səfər edib.
Rusiya 2030-cu ilə qədər Çindən gələn turistlərin sayını 5,5 milyona çatdırmağı hədəfləyir.
Xəbərsiz







