Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibinin sözçüsü Stefan Düjarrik Qara dənizdə ticarət gəmilərinə edilən hücumlardan sonra yaranmış gərginliyi azaltmağa çağırıb.
“Xəbərsiz” bildirir ki, sözçü Dujarrik BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçirilən gündəlik mətbuat brifinqində müxbirin Qara dənizdə ticarət gəmilərinə hücumlarla bağlı sualını cavablandırıb.
“Bir daha bildiririk ki, mülki şəxslərə və mülki infrastruktura, o cümlədən enerji infrastrukturuna qarşı hücumlar, harada baş verməsindən asılı olmayaraq, beynəlxalq hüquq çərçivəsində qadağandır”, – deyə Dujarrik bildirib.
BMT-nin gərginliyin azaldılmasını istədiyini vurğulayan Dujarrik, davamlı sülhü təmin edə biləcək dərhal, tam və qeyd-şərtsiz atəşkəsi dəstəklədiyini bildirib.
Xəbərsiz







