Venesuela prezidenti Maduro ABŞ-ni sülhə çağırmaq üçün rəqs edib
Venesuela prezidenti Nikolas Maduro partiyasının təşkil etdiyi mitinqdə çıxışının remiks versiyasına rəqs edərək ABŞ-ni sülhə çağırıb.
“Xəbərsiz” bildirir ki, paytaxt Karakasda keçirilən Bolivar İcma Komandirlərinin andiçmə mərasimində çıxış edən Maduro ABŞ ilə sülh istədiklərini vurğulayaraq səhnədə öz sözlərinin remiks versiyası ilə rəqs edib.
Minlərlə tərəfdarı qarşısında musiqi sədaları altında rəqs edən Maduro, “Müharibə? Heç vaxt, heç vaxt müharibə. Müharibə olmasın, lütfən, sülh, lütfən” deyərək izdihamın coşqusunu artırıb.
Xəbərsiz





