Rusiya və Çin saatları müntəzəm olaraq sinxronlaşdırmalıdırlar - Şoyqu
Moskva və Pekin mürəkkəb qlobal geosiyasi mühitə cavab olaraq öz fəaliyyətlərini vaxtaşırı əlaqələndirməlidir.
“Xəbərsiz” bildirir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu deyib.
Şoyqu Moskvada Çinin xarici işlər naziri Vanq Yi ilə strateji təhlükəsizlik danışıqları zamanı bildirib:
“Geosiyasi vəziyyət ötən ilin noyabrında Pekində keçirdiyimiz əvvəlki məsləhətləşmələrdən sonra daha mürəkkəbləşib”.
“Qlobal təhlükəsizlik və sabitlik sahəsində çağırışlar çoxalır və bu, bizdən hərtərəfli tərəfdaşlıq və strateji əməkdaşlıq ruhunda saatlarımızı müntəzəm olaraq sinxronizasiya etməyi tələb edir”, – Rusiya təhlükəsizlik naziri qeyd edib.
Şoyqu vurğulayıb ki, “Rusiya-Çin münasibətləri kənar şərtlərin təsiri altında deyil və qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq və qarşılıqlı dəstək prinsiplərinə əsaslanır”.
Xəbərsiz





