"Biz Əfqanıstanla dialoqu davam etdirməliyik" - Peskov
Kreml keçmiş sovet respublikaları ilə həmsərhəd olan Əfqanıstanla dialoqu davam etdirməyə çağırır.
“Xəbərsiz” bildirir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Bizim Əfqanıstanla əlaqələrimiz var. Əfqanıstanda faktiki hökumət var. Bu, regionda mühüm ölkədir. O, keçmiş Sovet əraziləri ilə qonşudur. Tacikistanla həmsərhəddir”, – deyə rəsmi bildirib.
Peskov qeyd edib ki, ona görə də biz Əfqanıstanla dialoqu davam etdirməliyik və bu məsələdə Hindistanla tam anlaşmamız var.
Xəbərsiz





