Aİ nümayəndələri Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edəcəklər
Avropa İttifaqına üzv olan 27 ölkənin nümayəndələri dekabrın əvvəlində keçiriləcək iclasda yeni anti-Rusiya sanksiyalarını müzakirə edəcəklər.
“Xəbərsiz” xəbər verir ki, bu barədə Rusiya KİV məlumat verib.
“Ukraynanın ərazi bütövlüyünə, suverenliyinə və müstəqilliyinə xələl gətirən və ya təhdid edən hərəkətlərlə bağlı məhdudlaşdırıcı tədbirlərə dair Şuranın Qərarı və İcra Qaydası”, – deyə bildirilib.
Aİ-nin Xarici İşlər üzrə Ali Nümayəndəsi Kaja Kallas daha əvvəl bəyan etmişdi ki, bu ilin sonuna qədər Rusiya neftini daşıyan tankerlərə qarşı əlavə sanksiyalar tətbiq etmək niyyətindədir.
Xəbərsiz





