BMT Ukrayna ilə bağlı qətnamə qəbul edib
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası Rusiyadan zorla köçürülmüş və ya deportasiya edilmiş bütün ukraynalı uşaqların dərhal, təhlükəsiz və qeyd-şərtsiz geri qaytarılmasını təmin etməyi tələb edən qətnamə qəbul edib.
“Xəbərsiz” bildirir ki, BMT Baş Assambleyasında “Ukraynalı uşaqların geri qaytarılması” adlı qətnamə layihəsi səsə qoyulub.
Səsvermədə 91 ölkə “bəli”, 12 ölkə qanun layihəsinə qarşı çıxıb, 57 ölkə bitərəf qalıb.
Qəbul edilmiş qətnamədə Rusiya Federasiyasından məcburi köçürülmüş və ya deportasiya edilmiş bütün ukraynalı uşaqların dərhal, təhlükəsiz və qeyd-şərtsiz geri qaytarılmasını təmin etmək tələb olunub.
Qətnamədə müharibənin uşaqlara təsiri də vurğulanır, xüsusən də 2014-cü ildən bəri ailələrindən ayrılmış və Rusiya tərəfindən müvəqqəti işğal olunmuş Ukrayna ərazilərindən zorla Rusiyaya köçürülən bütün ukraynalı uşaqlar üçün dərin narahatlıq ifadə edilir.
BMT Baş Assambleyasının qətnamələri məcburi xarakter daşımasa da, dünya ictimai rəyinin rəyini əks etdirmək baxımından mühüm hesab edilir.
Xəbərsiz





