Zelenski: Şərəfli sülh yalnız Ukraynanın maraqları nəzərə alınarsa, mümkün olacaq
Şərəfli sülhə nail olmaq üçün Ukraynanın maraqları nəzərə alınmalıdır.
“Xəbərsiz” bildirir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.
Zelenski sosial media hesabından paylaşdığı videoda Rusiya-Ukrayna müharibəsi ilə bağlı son hadisələri dəyərləndirib.
O, ABŞ-nin müharibəni bitirmək üçün hazırladığı sülh planı üzərində son işlərə də toxunub və yeni danışıqlara hazırlaşdıqlarını bildirib.
ABŞ nümayəndə heyətinin dünən Moskvada Rusiya tərəfi ilə planı müzakirə etdiyini xatırladan Zelenski, Ukrayna danışıqlar qrupunun yenidən ABŞ-yə gedəcəyini vurğulayıb.
Xəbərsiz





