İraq hökuməti bu aktivləri dondurdu
İraq hökuməti Livanın şiə təşkilatı Hizbullahı və Yəmənin Husi üsyançı Ənsar Allah hərəkatını aktivləri dondurulan təşkilatlar siyahısına əlavə edib.
“Xəbərsiz” bildirir ki, bu barədə yerli KİV məlumat yayıb.
Məlumata görə, müvafiq qərar noyabrın 17-də dərc edilib. Qərarda İraqın bütün bankları, maliyyə qurumları və müvafiq dövlət qurumlarından siyahıda olan fiziki şəxslər və təşkilatlara məxsus daşınar və daşınmaz əmlakın dondurulması, növbəti xəbərdarlığa qədər onlarla birbaşa və ya dolayısı ilə maliyyə və ya bank əməliyyatlarının aparılması qadağan edilməsi tələb olunur.
İraq hökumətinin rəsmisi internet saytına bildirib ki, tədbir Bağdadın tənzimləyici çərçivəsini Maliyyə Fəaliyyəti İşçi Qrupunun (FATF) tələblərinə və İraqın terrorizmlə mübarizə üzrə beynəlxalq öhdəliklərinə uyğunlaşdırmaq səylərinin bir hissəsidir.
Xəbərsiz





