2025-ci ildə Türkiyənin qaz istehlakı 60 milyard kubmetrə qədər arta bilər
Bu il Türkiyənin təbii qaz istehlakı 60 milyard kubmetrə (bcm) çata bilər ki, bu da ötən illə müqayisədə təxminən 5 milyard kubmetr çoxdur.
“Xəbərsiz” bildirir ki, bunu Türkiyənin energetika naziri Alparslan Bayraktar İstanbulda jurnalistlərlə görüşündə bildirib.
“Türkiyənin qaz istehlakı həcmi əvvəlki ildəki 54-55 milyard kubmetrə nisbətdə 2025-ci ilin sonuna kimi 59-60 milyard kubmetrə çatacaq. Bu il tələbat əhəmiyyətli dərəcədə artıb”, – o, əlavə edib.
Bayraktarın daha əvvəl proqnozlaşdırdığına görə, ildə orta hesabla 50 milyard kubmetr təbii qaz istehlakı ilə Türkiyə mövcud infrastrukturu vasitəsilə 70-80 milyard kubmetr həcmində tədarük təmin edə və artıq xammalı ixrac edə bilər.
Nazir əmin edib ki, Rusiya həmişə Türkiyə üçün etibarlı qaz tədarükçüsü olub və bu qazı almağa davam edəcək. “Rusiya bizim bazarın çox etibarlı qaz tədarükçüsüdür. Bəzi illərdə onun bazar payı çox əhəmiyyətli olub, 60%-ə yaxın, bəzilərində [pay bərabər olub] 55%-ə çatıb. Keçən il bu, 40%-ə yaxın olub. Son bir neçə ildə bu, 23-22%-ə düşüb”, – o deyib.
Xəbərsiz





