Türkiyə 2026-cı ildə üç böyük beynəlxalq sammitə ev sahibliyi edəcək
2026-cı ildə Türkiyə NATO, Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransı (COP31) və Türk Dövlətləri Təşkilatının (TDT) sammitlərinə ev sahibliyi edəcək.
“Xəbərsiz” xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Bu çərçivədə COP31 Sammitinin İstanbulda, əsas konfrans tədbirlərinin isə Antalyada keçirilməsi planlaşdırılır. NATO sammiti iyulda Ankarada keçiriləcək.
Türkiyə 2026-cı ildə nüfuzlu mövqe tutduğu Türk Dövlətləri Təşkilatının 13-cü zirvə toplantısına da ev sahibliyi edəcək.
Bu beynəlxalq zirvə toplantıları Türkiyənin qlobal diplomatiyanı formalaşdıran ölkələr arasında mövqeyinin möhkəmlənməsində böyük əhəmiyyət kəsb edəcək.
Xəbərsiz





