Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Ukraynada kütləvi etiraz təhlükəsi açıqlanıb

Reklam728 × 90

Ukrayna İnsan Hüquqları üzrə Müvəkkili Dmitri Lubinets ölkənin bir sıra iri şəhərlərində kütləvi etirazların təşkil olunması planlarından xəbərdarlıq edib.

“Xəbərsiz” xəbər verir ki, Lubinets bildirib ki, Rusiya kəşfiyyat xidmətləri bu aksiyaların hazırlanmasında rol oynaya bilər.

Onun sözlərinə görə, mövcud məlumatlar düşmənin Odessa, Dnepr, Xarkov, Nikolayev və Kiyev şəhərlərində etiraz aksiyaları təşkil edə biləcəyini göstərir.

Lubinets əlavə edib ki, belə hərəkətlərin məqsədi daxili siyasi vəziyyətə təsir göstərmək və Ukrayna rəhbərliyinə, o cümlədən mümkün sülh danışıqları kontekstində təzyiq göstərməkdir.

Qeyd edək ki, əvvəlcə Vaşinqtonun Kiyevə sülh sazişi üçün təzyiq etdiyi bildirilmişdi.

Xəbərsiz

Reklam728 × 90