Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

ABŞ hava limanlarına 1 milyard dollar xərcləyəcək

Reklam728 × 90

ABŞ administrasiyası hava limanlarında sərnişinlərə xidmətin keyfiyyətini yaxşılaşdırmaq üçün 1 milyard dollar xərcləmək niyyətindədir.

“Xəbərsiz” bildirir ki, rəsmilər ölkənin hava limanlarında qalmağı sağlamlıq üçün faydalı etmək istəyirlər.

“The Washington Post”un (WP) yazdığına görə, müvafiq təşəbbüs ABŞ-nin Səhiyyə və İnsan Xidmətləri naziri Robert Kennedi və ABŞ-nin nəqliyyat naziri Şon Daffi tərəfindən səsləndirilib.

Qəzet hava limanlarında xidmətin keyfiyyətinin yüksəldilməsi proqramına idman meydançalarının yaradılması, uşaqlar üçün oyun meydançalarının genişləndirilməsi, ana südü ilə qidalanan körpələr üçün xüsusi kabinələrin sayının artırılmasının daxil edildiyini yazıb.

Bundan əlavə, kiçik Kennedi hava limanının rəhbərliyini tərəvəz salatları və çia toxumu peçenyeləri kimi qida satış maşınlarında sağlam qidaların mövcudluğuna daha çox diqqət yetirməyə çağırıb.

Xəbərsiz

Reklam728 × 90