Bayram günlərində zəhərlənənlərin sayı açıqlandı
Bayram tətili günlərində (dekabrın 31-dən yanvarın 5- qədər) Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 13 müraciət daxil olub.
“Xəbərsiz” xəbər verir ki, müraciət edənlərdən 4-ü dərman, 1-i siçan dərmanı (rodensit), 1-i dəm qazı, 1-i yandırıcı məhlul, 6-sı isə sirkə turşusundan zəhərlənən şəxslərdir.
Zəhərlənən şəxslərə zəruri tibbi xidmətlər göstərilib, ambulator müalicə üçün evə buraxılıblar.
Ölüm faktı qeydə alınmayıb.





