Danimarka Baş naziri: ABŞ-nin Qrenlandiyaya iddiaları NATO-nun dağılması ilə nəticələnə bilər
Danimarkanın Baş naziri Mette Frederiksen ABŞ-nin Qrenlandiyaya iddialarının NATO-nun dağılması ilə nəticələnə biləcəyini bildirib.
“Xəbərsiz” bildirir ki, bu barədə yerli KİV məlumat yayıb.
Qrenlandiya hökumətinin başçısı Yens Frederik Nilsen də ABŞ-nin Qrenlandiyaya qarşı hər hansı bir sərt tədbir görəcəyi təqdirdə fəlakətli nəticələrə səbəb olacağını açıqlayıb.
AP qeyd edir ki, Danimarka və Qrenlandiya hökumət başçılarının açıqlamaları ABŞ-nin Venesuelada keçirdiyi əməliyyatdan qısa müddət sonra verilib. Bu əməliyyat zamanı ölkə prezidenti Nikolas Maduro və həyat yoldaşı faktiki olaraq oğurlanaraq narkoterrorizm ittihamı ilə ABŞ-yə köçürülüblər.
Xəbərsiz





