Çində keçmiş vitse-qubernator 15 il həbs cəzasına məhkum edildi
Çin məhkəməsi Qansu əyalətinin keçmiş vitse-qubernatoru Çjao Cinyunu rüşvətxorluq və insayder ticarəti ittihamı ilə 13 il müddətinə azadlıqdan məhrum edib.
“Xəbərsiz” bildirir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Keçmiş məmur rüşvətxorluğa görə 13 il, insayder ticarətinə görə isə 5 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə ona 15 il müddətinə yekun cəza təyin edib. Bundan əlavə, təqsirləndirilən şəxs 3,5 milyon yuan (təxminən 500.000 dollar) cərimə ödəməlidir.
Xəbərsiz





