Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Venesuelada 7 günlük matəm elan edildi

Reklam728 × 90

Venesuelanın vitse-prezidenti Delsi Rodriqes respublikanı və prezident Nikolas Maduronu müdafiə edərkən həlak olmuş gənclərin şərəfinə yeddi günlük milli matəm elan edib.

“Xəbərsiz” xəbər verir ki, D. Rodriqes bunu VTV telekanalının efirində bəyan edib.

“Venesuelanı və prezident Nikolas Maduronu müdafiə edərək həyatını qurban verən gənc qadın və kişilərin şərəfinə, onların qəhrəmanlığı və fədakarlığına minnətdarlıq olaraq yeddi günlük matəm elan etməyə qərar verdim”, – deyə o bildirib.

Onun sözlərinə görə, matəm elanının səbəbi hakimiyyətin “qurbanlar” adlandırdığı, respublikanın ali dəyərləri uğrunda ölkəni müdafiə edərkən həlak olmuş gənclərin ölümü ilə bağlıdır. Vitse-prezident daxili sülhün qorunmasının vacibliyini vurğulayıb və bir daha Venesuelaya qarşı təzyiq və hücumların dayandırılmasına çağırıb.

Reklam728 × 90