Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

“Çıraq”dan şəhidlərimizə hörmətsizlik: Musiqini dayandırmayıb… – VİDEO

Reklam728 × 90

20 Yanvar – Azərbaycan xalqının hüzn və ehtiram günündə ölkə üzrə əyləncə məkanlarında musiqinin dayandırıldığı, bir çox restoran və klubların fəaliyyətini məhdudlaşdırdığı bir vaxtda paytaxtda ciddi narazılıq doğuran görüntülər yayılıb.

NEAPOL dairəsi – 555 avtoservisinə gedən yolun sol tərəfində yerləşən “Çıraq Music Hall” restoranında matəm gününə zidd olaraq musiqili və içkili məclisin davam etdiyi iddia olunur. Yayılan görüntülərdə, sözügedən məkanda rəhbər heyətə aid olduğu bildirilən administratorun TikTok platformasında canlı yayım açaraq izləyicilərlə təhqiramiz üslubda ünsiyyət qurduğu da əksini tapıb.
Xatırladaq ki, Prezident İlham Əliyev 20 Yanvarla bağlı paylaşım edərək bu günün ümumxalq hüzn günü olduğunu bir daha vurğulayıb. Rəsmi çağırışlara uyğun olaraq, həmin gün ölkə üzrə restoran və ictimai iaşə obyektləri musiqisiz fəaliyyət göstərməlidir.

İddialara görə, qeyd olunan məkan maddi maraqları önə çəkərək bu qaydalara əməl etməyib və bununla da 20 Yanvar şəhidlərinin xatirəsinə hörmətsizlik nümayiş etdirib.

Cəmiyyət bu kimi hallara qarşı həssas yanaşır və qanunvericiliyin tələblərinin hər kəs üçün bərabər şəkildə tətbiq olunmasını gözləyir.

Məsələ diqqətimizdədir. //Xüsusi.tv

https://www.instagram.com/reel/DTt6hugjAA3/?utm_source=ig_web_button_share_sheet

Reklam728 × 90