Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Sahibkarlıqla bağlı qanuna dəyişiklik edilir

Reklam728 × 90
Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması ilə bağlı müddətin uzadılması təklif edilir.

“Xəbərsiz” xəbər verir ki, məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanuna dəyişiklik layihəsində əksini tapıb.

Belə ki, ölkədə sahibkarlığın inkişafının stimullaşdırılması məqsədilə 2015-ci il noyabrın 1-dən etibarən yoxlamalar 2026-cı il yanvarın 1-dək dayandırılıb. Təklif olunan qanun layihəsi həmin müddətin daha bir il – 2027-ci il yanvarın 1-dək uzadılmasını nəzərdə tutur.

Reklam728 × 90