Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Bakıda restoranda hesaba görə dava düşdü – VİDEO

Reklam728 × 90

Restoranda ad günü məclisi dava ilə bitib.

“Xəbərsiz” xəbər verir ki, hadisə paytaxtın Nizami rayonundakı restoranlardan birində baş verib.

İddialara görə, 35 yaşlı Zəngilan rayon sakini olan şəxs restoranda olarkən söyüş söyüb, nalayiq ifadələr işlədib və ictimai qaydanı pozub.

Restoran nümayəndəsi hadisə ilə bağlı Baku TV-yə açıqlama verib:

“10 nəfərlik banket menyusu sifariş etmişdilər. Hər şey yaxşı idi, sonda hesabı gətirəndə mübahisə yarandı. Hesabı ödəməyəcəklərini dedilər. Sonra polislər gəldilər”.

İş üzrə izahat verən şəxs isə hər şeyin hesabın artıq gəldiyi üçün baş verdiyini söyləyib.

Qeyd edək ki, həmin şəxs barəsində xırda xuliqanlıq və polisin qanuni tələbinə tabe olmama maddəsi ilə ittiham elan olunub və məhkəmənin qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs olunub.

Reklam728 × 90