Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Uşaq hüquqları ilə bağlı qanuna dəyişiklik ediləcək

Reklam728 × 90

Yetkinlik yaşına çatmamış şəxslərlə əlaqədar istintaq proseslərində iştirak etməli olan şəxslərin əhatə dairəsi genişləndirilir.

“Xəbərsiz” xəbər verir ki, bununla bağlı Azərbaycanda yeni hazırlanan “Uşaq hüquqları haqqında” qanun layihəsindən irəli gələrək Cinayət-Prosessual Məcəlləsinə dəyişiklik təklif edilir.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində müzakirəyə çıxarılan layihəyə əsasən, uşaqların dindirilməsi, üzləşdirilməsi və digər proseslər zamanı müəllim, həkim, tərcüməçi və uşağın şəxsin qanuni nümayəndəsi ilə yanaşı psixoloqlar da iştirak edəcək.

Reklam728 × 90