SON DƏQİQƏ! AZAL uçuşları ləğv etdi
TƏBİB sədrinə yeni müşavir təyin edildi – FOTO
SON DƏQİQƏ! Azərbaycanda yüksək rütbəli şəxs SAXLANILDI
Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Bizə qoşul
facebook
4m
yotube
2.2k
whatsapp
yaz
tiktok
follow
pinterest
follow

© Büquqlar qorunur - 2026

Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Search the Site
Popular Searches:
Travel Crypto Military
Recent Posts
DİM bu imtahaların nəticələrini elan etdi
24 İyul 2026
Prezidentin səfir təyin etdiyi Rəşad Aslanov kimdir? – Dosye
24 İyul 2026
Nazirlik 75 min nəfəri sevindirdi – RƏSMİ MƏLUMAT
24 İyul 2026
Əsas/Media/Mətbuat Şurası qida məhsullarının işıqlandırılması ilə bağlı mediaya müraciət etdi
Media

Mətbuat Şurası qida məhsullarının işıqlandırılması ilə bağlı mediaya müraciət etdi

Xəbərsiz Media
10 Fevral 2026

“Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”nda media materiallarının ictimai əhəmiyyətlilik dərəcəsi üç cəhətdən əsaslandırılır. Birincisi, sağlamlıq və təhlükəsizliyin qorunması, ikincisi, ictimaiyyətin ağır cinayətlərdən və vəzifədən sui-istifadə hallarından müdafiə olunması, üçüncüsü ictimaiyyətin əhəmiyyətli dərəcədə yanlış istiqamətləndirilməsi təhlükəsinin aradan qaldırılması. Azərbaycan jurnalistləri fəaliyyətlərində bu prinsipləri rəhbər tutmaqdadırlar. Amma bəzən fərqli tendensiyanın şahidi oluruq.

“Xəbərsiz” xəbər verir ki, bu barədə Mətbuat Şurası məlumat yayıb.

Bildirilir ki, media orqanlarında müxtəlif qidaların zərərli olmasına dair fikirlərin yer alması, mövzuya dair ekspertlərin çıxış və rəylərinə yer verilməsi adiləşib. Qida bazarındakı hansısa məhsulun tamamilə keyfiyyətdən uzaq olduğu barədə bilgilərin yayılması da həmçinin. Bu barədə “Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyinin Mətbuat Şurasına ünvanladığı məktubda bildirilib. Qurum bu sayaq materiallar nəticəsində yalnız mövcud sahədəki şirkətlərin deyil, eyni zamanda, bütövlükdə satış və ərzaq təminatı sisteminin nüfuzuna, ümumən, iqtisadi etimad mühitinə zərbə vurulduğunu detallı şəkildə əsaslandırıb.

Əlbəttə, yanlış təqdimatlar, yoxlanılmamış məqamların açıqlanması qida sahəsində etibarlı dövlət nəzarətinin mövcudluğunu şübhələndirir ki, bu durumda vətəndaşda dövlətə inamsızlıq kimi mənfi təzahürün qeydə alınması qaçılmazdır. Bütün bunlara görə Azərbaycan Mətbuat Şurası “Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyinin mövqeyini bölüşərək belə qənaətə gəlir ki, qida və pərakəndə sektorla bağlı iddialar ciddi faktlara söykənməlidir. Media orqanları, həmçinin, jurnalistlər mövcud istiqamətdə fikir bildirən şəxslərin statusunu, peşəkarlığını mütləq şəkildə nəzərə almalıdırlar.

Jurnalistlər qida təhlükəsizliyi məsələsinin cəmiyyətin və xalqın təhlükəsizliyinin vacib seqmenti olduğuna söykənərək, bu sektorda kimlərinsə reputasiyasına ziyan vurmağa hesablanmış bilgilərin, dezinformasiya təmayüllərinin yayılmasında alətə çevrilməməli, yalnız doğruları işıqlandırmaqla yüksək həssaslıq nümayiş etdirməlidirlər. Nəzərə alınmalıdır ki, həssaslıq həm də peşə prinsiplərinə, sivil jurnalistika dəyərlərinə sədaqətin ən mühüm göstəricisidir.

Mətbuat Şurası, eyni zamanda, bu qənaətdədir ki, ictimai maraqların müdafiəsində daimi səfərbərlik amili əsas götürülməklə, müvafiq dövlət qurumları, eləcə də sahə təşkilatları da vətəndaşların qida təhlükəsizliyi, sağlamlığı və rifahı ilə bağlı bilgiləri diqqətdə saxlamalı, özlərinin operativ yanaşmaları ilə həm cəmiyyətin yanlış yönləndirilməsinin qarşısını almalı, həm də medianın etibarlı informasiyalarla təminatında boşluqların yaranmasına, dezinformasiya tipli yanlış bilgilərin ictimai rəydə hökmran mövqe tutmasına imkan verməməlidirlər.

Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin

Xəbəri paylaş

Bölmələr
Browse
Gündəm Gündəm
Browse
Siyasət Siyasət
Browse
Dünya Dünya
Browse
İdman İdman
Son yazılar
Elm və təhsil24 İyul 2026

DİM bu imtahaların nəticələrini elan etdi

Gündəm24 İyul 2026

Prezidentin səfir təyin etdiyi Rəşad Aslanov kimdir? - Dosye

Cəmiyyət24 İyul 2026

Nazirlik 75 min nəfəri sevindirdi - RƏSMİ MƏLUMAT 

Cəmiyyət24 İyul 2026

İş axtaranlara ŞAD XƏBƏR - YENİLİK

Gündəm24 İyul 2026

Azərbaycanda 9 idarə ləğv edildi - RƏSMİ

Hava24 İyul 2026

25-26 iyul tarixləri ilə bağlı XƏBƏRDARLIQ - NƏZƏRƏ ALIN

Prezident24 İyul 2026

Prezident onu Türkiyəyə səfir təyin etdi

İqtisadiyyat24 İyul 2026

AQC Milli Mətbuat Günündə media nümayəndələri ilə görüş keçirib – FOTOLAR

Gündəm24 İyul 2026

Prezident onu Özbəkistana səfir göndərdi

Cəmiyyət24 İyul 2026

Uşaqpulu haqda yeni məlumat – Üstünlük bu ailələrə veriləcək

Həmçinin oxu

İqtisadiyyat

AQC Milli Mətbuat Günündə media nümayəndələri ilə görüş keçirib – FOTOLAR

No Comment
19 baxış
Baxış bucağı

Mətbuatımızın 151-ci ilinə kiçik qeydlər - Əsgər İsmayılov yazır

No Comment
132 baxış
Media

Qələmin qızıl xətti: Fövqəladə təbiətin və ekstemal jurnalistikanın 151 illik salnaməsi

No Comment
137 baxış
Media

Milli mətbuat xalqın yaddaşı, cəmiyyətin vicdanıdır... - Qəvami Sadıqbəyli yazır

No Comment
96 baxış
Xebersiz.Media Xebersiz.Media

15 sentyabr 2025-ci ildən fəaliyyətə başlayan Xəbərsiz.media informasiya portalı Media Reyestrində qeydiyyatdan keçmiş onlayn media platformasıdır. Məqsədimiz operativ, dəqiq və analitik xəbərlərlə etibarlı informasiya məkanı yaratmaqdır.

Gündəm
Prezidentin səfir təyin etdiyi Rəşad Aslanov kimdir? – Dosye
Azərbaycanda 9 idarə ləğv edildi – RƏSMİ
Prezident onu Özbəkistana səfir göndərdi
İqtisadiyyat
Azərbaycan əhalisinin sayı artdı
Vüqar Oruc: “Mənzillərin sahəsi vahid metodologiya əsasında hesablanmalıdır”
Regionlarda daşınmaz əmlak bazarında fərqli mənzərə: Ən bahalı və ən ucuz rayonlar hansılardır?

Bölmələr üzrə

Baxış bucağı 807
Cəmiyyət 2168
Dünya 1234
Elm və təhsil 374
Gündəm 1261

Bütün müəllif hüquqları qorunur - 2026