Bələdiyyələrin büdcə gəlirləri açıqlandı
2025-ci ildə əksər bələdiyyələrin büdcə daxilolmaları müsbət nəticələr göstərib. 2024-cü illə müqayisədə yerli büdcələrə yerli vergilərdən təxminən 26% (7,2 milyon manat) çox vəsait daxil olub.
“Xəbərsiz” xəbər verir ki, bu barədə ədliyyə nazirinin müavini Toğrul Hüseynov Milli Məclisin bugünkü plenar iclasında Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2025-ci il üzrə illik məruzəsi ilə bağlı çıxışı zamanı bildirib:
“Eyni zamanda, 2025-ci il ərzində inzibati nəzarət orqanı tərəfindən 273 maarifləndirmə tədbiri həyata keçirilib və bu tədbirlərdə 7 mindən çox bələdiyyə nümayəndəsi iştirak edib.
Bundan əlavə, bələdiyyə aktları və müraciətlərə baxılması zamanı 6074 tövsiyə göndərilərək müxtəlif məsələlər üzrə bələdiyyələrə metodoloji dəstək göstərilib”.





