Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var
SON DƏQİQƏ! Ruslan Eyyubovdan xəbər var
Ebola ilə bağlı TƏHLÜKƏLİ VƏZİYYƏT
Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Bizə qoşul
facebook
4m
yotube
2.2k
whatsapp
yaz
tiktok
follow
pinterest
follow

© Büquqlar qorunur - 2026

Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Search the Site
Popular Searches:
Travel Crypto Military
Recent Posts
Akopyan Ermənistanı birinci xanım qismində təmsil edəcək
16 İyun 2026
Toydan sonra faciə: yaşlı qadın güllələndi
16 İyun 2026
Ramiz Mehdiyevin ailəsindən ŞOK ADDIM
16 İyun 2026
Əsas/Prezident/“Bunu nəzərə almırsınızsa, siz xəyallarla yaşayırsınız”
Prezident

“Bunu nəzərə almırsınızsa, siz xəyallarla yaşayırsınız”

Xəbərsiz Media
03 Mart 2026

“Biz enerji kabelləri – Azərbaycandan Avropaya Qara dənizin dibi ilə gedən enerji kabeli və Mərkəzi Asiyadan Azərbaycana gələn enerji kabeli üzərində birlikdə işləməliyik. Hər iki müqavilə imzalanıb və bir layihədə iqtisadi-texniki əsaslandırma tamamlanmaq üzrədir, digər layihədə isə bu iş davam edir”.

“Xəbərsiz” xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarındakı çıxışı zamanı bildirib.

“Bütün bu layihələrin reallaşacağı zaman onlar çox dayanıqlı olacaq və deyərdim ki, bir çox ölkələrin enerji dəhlizləri üçün ekzistensial əhəmiyyət kəsb edəcək. Alternativ enerji ilə bağlı planlarımız artıq imzalanmış müqavilələrə əsaslanır.

Vurğulamaq istəyirəm ki, bunlar anlaşma memorandumları deyil, müqavilələrdir, beləliklə, tərəflərin müqavilə öhdəlikləri var. Biz 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavat elektrik enerjisi əldə etməyi gözləyirik. Əlbəttə ki, bu, böyük aktivdir. Beləliklə, biz onu ixrac etməliyik. Hazırda elektrik enerjisi istehsalı üçün istifadə etdiyimiz təbii qazı əvəzləmək məqsədilə daxili tələbat üçün istifadə etməliyik. Kommunikasiya sektoru, süni intellekt, data mərkəzləri ilə bağlı planlarımız da daxil olmaqla artan iqtisadiyyat və sənaye üçün şəraiti təmin etməliyik.

Bütün bunlar mənim və ABŞ-nin Vitse-prezidenti tərəfindən imzalanan Amerika Birləşmiş Ştatları və Azərbaycan arasında Strateji Tərəfdaşlıq Xartiyasından sonra artıq üzərində iş gedən layihələrdir. Bu Xartiya bir çox sahələri, o cümlədən süni intellekt, enerji, bağlılıq və bir çox digər məsələləri əhatə edir”, – dövlət başçısı qeyd edib.

Prezident vurğulayıb ki, dünyanın ən qüdrətli dövləti Amerika Birləşmiş Ştatlarının strateji tərəfdaşımız kimi çıxış etməsini nəzərə alaraq bizim planlarımızın gerçəkləşməsi tamamilə real görünür: “Biz hidroelektrik stansiyalarına sərmayə yatırırıq. Bu layihələr Ermənistanın işğalından azad edilmiş ərazilərdə icra olunur. Hələ ki, 307 meqavat gücündə hidroelektrik stansiyalar artıq sistemimizə qoşulub. Planlarımız bunu 2-3 ilə təqribən ikiqat artırmaqdır. Bu, bizə əlavə potensial və ucuz enerji verəcək.

Beləliklə, hidroenerji, Günəş enerjisi, külək enerjisi, potensial olaraq termal enerji, – biz hazırda bu məsələni araşdırırıq, – qaz və bütün mümkün kombinasiyalar nəzərdən keçirilir və işin məhz belə aparılması zəruridir. Müzakirə etdiyimiz məsələyə qayıdaraq qeyd edim ki, hətta COP29 çərçivəsində – bu iqlim konfransına ev sahibliyi etdiyimiz zaman da bildirmişdim, baxmayaraq ki, o dövrdəki tendensiya ilə tam uyğun olmadığını anlayırdım, faydalı qazıntı yanacaq növlərini nəzərə almamaq mümkün deyil. Əgər siz qazıntı yanacağını nəzərə almırsınızsa, bu o deməkdir ki, siz xəyallarla yaşayırsınız”.

Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin

Xəbəri paylaş

Bölmələr
Browse
Gündəm Gündəm
Browse
Siyasət Siyasət
Browse
Dünya Dünya
Browse
İdman İdman
Son yazılar
Dünya16 İyun 2026

Akopyan Ermənistanı birinci xanım qismində təmsil edəcək

Hadisə16 İyun 2026

Toydan sonra faciə: yaşlı qadın güllələndi

Gündəm16 İyun 2026

Ramiz Mehdiyevin ailəsindən ŞOK ADDIM

Cəmiyyət16 İyun 2026

Bu yollara girməyin!

Gündəm16 İyun 2026

Elman Paşayevin oğlu həbs edildi

Cəmiyyət15 İyun 2026

Sabah Məhərrəm ayı başlayır 

Elm və təhsil15 İyun 2026

Məzunların çıxışı yarımçıq qaldı: Direktordan şikayətçidirlər

Baxış bucağı15 İyun 2026

Heydər Əliyev və 15 iyunun tarixi əhəmiyyəti - TƏHLİL 

Baxış bucağı15 İyun 2026

Tarixi yaşayanlar və tarixi yaradanlar – Tarix yaradan liderin media siyasəti

Cəmiyyət15 İyun 2026

Azərbaycanda maaş və pensiyalar YENİ QAYDADA ÖDƏNİLƏCƏK

Həmçinin oxu

Prezident

Prezident Zəngəzur dəhlizinin əhəmiyyətini vurğuladı

No Comment
27 baxış
Prezident

İlham Əliyev konfrans iştirakçılarına müraciət ünvanladı

No Comment
7 baxış
Prezident

Prezident mühüm Fərman İMZALADI: Sentyabrın 1-dən qüvvəyə minir

No Comment
256 baxış
Prezident

Prezident fərman imzaladı

No Comment
70 baxış
Xebersiz.Media Xebersiz.Media

15 sentyabr 2025-ci ildən fəaliyyətə başlayan Xəbərsiz.media informasiya portalı Media Reyestrində qeydiyyatdan keçmiş onlayn media platformasıdır. Məqsədimiz operativ, dəqiq və analitik xəbərlərlə etibarlı informasiya məkanı yaratmaqdır.

Gündəm
Ramiz Mehdiyevin ailəsindən ŞOK ADDIM
Elman Paşayevin oğlu həbs edildi
Mahsun Kırmızıgül Bakıya onun oğlunun toyuna gəlibmiş
İqtisadiyyat
Dollar almaq istəyənlərin nəzərinə
Azərbaycan neftinin qiyməti artdı
Kirayə mənzillər bahalaşacaq – SƏBƏB

Bölmələr üzrə

Baxış bucağı 798
Cəmiyyət 2004
Dünya 1101
Elm və təhsil 322
Gündəm 1142

Bütün müəllif hüquqları qorunur - 2026