Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Avropada qazın qiyməti ARTDI

Reklam728 × 90

Avropa birjalarında təbii qazın qiyməti hərracların açılışında 1 000 kubmetr üçün təxminən 820 ABŞ dollarına və ya 1 MVt/saat üçün 68,635 avroya qədər artıb.

“Xəbərsiz” Report-a istinadən xəbər verir ki, Niderlanddakı TTF habında təbii qaz üzrə aprel fyuçersinin qiyməti 2023-cü ilin yanvarından bəri ilk dəfə 800 ABŞ dollarını ötüb. Günün əvvəlindən kotirovkaların artımı 30 % təşkil edib.

Avropada təbii qazın qiymətləri ABŞ və İsrailin İrana qarşı birgə əməliyyatı ilə əlaqədar fevralın 28-dən etibarən artmağa başlayıb.

Reklam728 × 90