Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Sahibə Qafarova Lu Mey ilə görüşdü

Reklam728 × 90
Milli Məclisin sədri Sahibə Qafarova Çinin Azərbaycandakı səfiri Lu Mey ilə görüşüb.

“Xəbərsiz” xəbər verir ki, bu barədə Milli Məclis məlumat yayıb.

Görüşdə ölkələr arasında yüksək səviyyədə olan strateji tərəfdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub.

Söhbət zamanı parlamentlər arasında əlaqələrin ölkələr arasında münasibətlərin mühüm tərkib hissəsini təşkil etdiyi qeyd olunub, parlamentlərarası əməkdaşlığın, o cümlədən parlamentlərin dostluq qrupları və komitələri arasında əlaqələrin inkişafının əhəmiyyəti vurğulanıb.

Həmçinin münasibətlərin daha da dərinləşdirilməsi istiqamətində gələcək imkanlar nəzərdən keçirilib.

Görüşdə eyni zamanda Azərbaycan və Çinin beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq etdikləri ifadə olunub və ölkələrin daim bir-birilərinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədikləri vurğulanıb.

Reklam728 × 90