Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

İranda ticarət mərkəzində GÜCLÜ YANĞIN – 5 ölü var – VİDEO

Reklam728 × 90

Ərğəvan pasajında baş verən güclü yanğın nəticəsində azı 5 nəfərin həlak olduğu bildirilir. Hadisə çərşənbə axşamı Tehran yaxınlığındakı Şəhriyarın Andişə qəsəbəsinin 4-cü fazasında yerləşən ticarət mərkəzində baş verib.

“Xəbərsiz”  xəbər verir ki, kompleksdə 250-dən çox mağaza və 50-yə yaxın ofis bölməsi olub.

Yanğın geniş əraziyə yayılıb və xilasedicilər uzun müddət hadisə yerində işləyiblər.

İlkin açıqlamada Şəhriyar rəsmiləri 3 nəfərin öldüyünü bildirsələr də, sonradan İran dövlət mediası ölənlərin sayının 5-ə çatdığını açıqlayıb.

Axtarış-xilasetmə əməliyyatı davam etdiyi üçün itkilərin arta biləcəyi də qeyd olunur.

Yanğının səbəbi hələ rəsmi şəkildə açıqlanmayıb.

 

Reklam728 × 90