İsrail ABŞ-dən Tehranla mümkün müqavilə çərçivəsində İranın öz nüvə proqramından tamamilə imtina olunmasını tələb edir.
“Xəbərsiz” xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” televiziya kanalı məlumat yayımlayıb.
Verilən məlumata əsasən, İsrail Baş naziri Benyamin Netanyahu nüvə proqramının ləğv edilməsini nəzərdə tutmayan heç bir razılaşmanın qənaətbəxş hesab olunmayacağını Vaşinqtonun diqqətinə çatdırıb.
Bununla yanaşı, bildirilir ki, Təl-Əviv və Vaşinqton İrandakı enerji infrastrukturlarına hücumlar da daxil olmaqla mümkün gərginləşmə ssenarilərini birlikdə nəzərdən keçirirlər. Qeyd olunur ki, İsrail hökuməti ABŞ rəhbərliyini danışıqlar mərhələsini süni şəkildə uzatmaqdan çəkinməyə inandırmaq niyyətindədir.

















