Transplant xəstələrin dərmanları niyə verilmir? - 2 həftədən çoxdur ki...
Azərbaycanda orqan nəqli edilmiş xəstələrin, xüsusilə böyrək, qaraciyər transplantı olan şəxslərin immunopressiv və digər vacib dərmanlarla dövlət hesabına təminatı artıq 20 ildən çoxdur həyata keçirilir.
Bu dərmanlar əməliyyat keçirmiş xəstələr üçün ömürlük təyin olunur və sözügedən dərmanlar ölkədə çox baha və kifayət qədər az miqdarda satışda olduğu üçün dövlət bu məsuliyyəti öz üzərinə götürüb.
Medialive.az-ın məlumatına görə, son günlər isə böyrək transplantı keçirən xəstələr dövlətdən almalı olduğu bəzi dərman preparatlarının verilməsinin ləngiməsindən şikayət edirlər.
Bəzi xəstələr bildirirlər ki, böyrək transplantasiyası sonra şəxsin ömürlük qəbul etdiyi “myfortic” və “metipred” dərman vasitələri dövlət tərəfindən təmin edilmir.
Xüsusən də “Kliniki Tibbi Mərkəz”də verilən bu dərmanların artıq 2 həftədən çox müddətdir ki, təminatı yoxdur.
Bu isə xəstələrdə müəyyən sarsıntılar və təəccüb doğurur. Onlar bildirirlər ki, adıçəkiln dərmanları onlar hər gün qəbul etməlidirlər, lakin mövcud çətinlik səbəbindən onlar əsasən də “myfortic”i apteklərdən almaq məcburiyyətində qalırlar. Üstəlik bu dərman da reseptsiz verilmir, eyni zamanda çox baha qiymətə satılır.
Medialive.az baş verən xoşagəlməz halla bağlı Səhiyyə Nazirliyinə, İcbari Tibbi Sığorta Agentliyinə və TƏBİB-ə sorğu göndərib.
Məsələni diqqətdə saxlayacağıq.





