Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Search the Site
Gündəm

“Temu” 200 milyon CƏRİMƏLƏNDİ

Xəbərsiz Media
28 May 2026
0

Mayın 28-də Avropa Komissiyası Rəqəmsal Xidmətlər Aktına (DSA) uyğun olaraq “Temu” onlayn platformasına 200 milyon avro məbləğində cərimə tətbiq edib.

“Xəbərsiz” xəbər verir ki, bu barədə jurnalistlərə Avropa Komissiyasından məlumat verilib.

Avropa Komissiyasının iddiasına görə, “Temu” şirkəti öz platformasında qanunsuz malların təklif edilməsi ilə bağlı sistemli risklərin, eləcə də bunun Avropa İttifaqındakı istehlakçılara vurduğu ziyanın lazımi səviyyədə müəyyən edilməsini, təhlilini və qiymətləndirilməsini təmin etməyib.

Qurumun əlində olan sübutlar göstərir ki, Aİ-dəki istehlakçıların “Temu”da qanunsuz məhsullarla qarşılaşma ehtimalı olduqca yüksəkdir.




Xəbərsiz.media müstəqil xəbər portalıdır. Burada siz ölkə və dünyada baş verən ən vacib hadisələri, siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələrdəki yenilikləri obyektiv və operativ şəkildə izləyə bilərsiniz. Gündəmdən “XəbərSiz” qalmamaq, xəbərin nəbzini tutmaq üçün bizi izləyin.